Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ermənistan şahmatçısı L. Aronyanın Dağlıq Qarabağdakı \”yarışda\” iştirak etməsinə baxmayaraq, ona güzəşt olunub.
“Aronyan Xankəndidə oynasa da, idman prinsiplərini nəzərə alıb güzəştə getdik”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Şahmat üzrə Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da, ilk turun oyunları isə sentyabrın 11-də keçiriləcək.
İnterpress.az