Cebhe.info-ya təqdim edilmiş müraciətdə sakinlər prezidentin zərərçəkənlərin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilmədiyindən şikayətləniblər: 25 mənzil sahibinin imzaladığı müraciətdə deyilir: “Sizin verdiyiniz tapşırıqları yerinə yetirməkdən boyun qaçırırlar. 15 avqust 2015- ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətində Abid Şərifovun sədrliyi ilə keçirilən iclas zamanı bina sakinlərinin sualına cavab olaraq bildirildi ki, kondisioner, televizor, soyuducu, yorğan-döşək və s. ev əşyaları bizə mənəvi təzminat kimi ödənilmiş 20 min manatla alınmalıdır. O pul sakinlərə verildikdə mənəvi təzminat olduğu bildirildiyinə görə sakinlər həmin pulu ailə üzvlərinin yeməyi, geyimi, sağlamlığına və s. xərcləyiblər. Sakinlərin bəzilərinin yanmış binadan götürdüyü müəyyən əşyalar var ki, onlar da su və güclü zəhərli tüstü nəticəsində tam yararsız hala düşüb. Hörmətli prezident, xahiş edirik bizim ev və məişət əşyaları ilə təmin olunmağımıza kömək edəsiniz”. Müraciət imzalanmaq üçün açıqdır.
İnterpress.az