Abid Şərifovdan narazı sakinlər piket keçirəcəkbackend

Abid Şərifovdan narazı sakinlər piket keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə o, BŞİH-nə məktubla müraciət edib. Zəmanət Daşdəmirovun sözlərinə görə, yanğın zamanı İnternetklub-Servis mərkəzi tamamilə yararsız hala düşüb. Nəticədə ona maddi ziyan dəyib: “Bütün israrlı tələblərimizə və müraciətlərimizə baxmayaraq, bizim hüquqlarımıza yaradılmış dövlət komissiyası tərəfindən hörmət qoyulmur. 1996-cı ildən Bakı şəhərində yaşayıram. Həmişə işləyən, ailənin bütün ehtiyaclarını qarşılamışam. Heç zaman dovlətdən nə maddi, nə də işlə baglı kömək istəmişəm. Məlum yangın hadisəsi mənim obyektimi və bütün maddi vəsaitimi əlimdən almaqla yanaşı, mənə əlavə bank borcları da saxladı. Heç zaman bugünki kimi maddi sıxıntı ilə qarşılaşmamışam. İşləmədiyim üçün hətta ailəmin ehtiyaclarını qarşılaya bilmirəm. Bank borclarını əlavə borcla ödəyirəm. Sizdən mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. Prezidentin sərəncamına əməl olunmasını istəyirəm. “Sərbəst toplaşmaq azadlığı” haqqında Azərbaycan Respubilkası 5-ci madəsinə əsasən 14.09.2015-ci il tarixdə saat 16:00-dan 18:00-dək Azərbaycan Respubilkası Nazirlər Kabinetinin qarşısında Bakı şəhəri “Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədər Dövlət Komisiyasinin yaradılması haqqında Azərbaycan Resbubilkası Prezdentinin Sərəncamı icra olunsun” şüarı ilə 6 nəfərdən ibarət ailəmin iştirakı ilə piket keçiriləcək”.

İnterpress.az