Gəncədə piyadanı maşın vurdubackend

Gəncədə piyadanı maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin Nəriman Nərimanov prospektində 10 saylı orta məktəbin qarşısında qeydə alınıb. Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Elnur İbişov yolu keçmək istəyərkən “Lada Priora” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az