Bakı metrosu qış qrafikinə keçirbackend

Bakı metrosu qış qrafikinə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O qeyd edib ki, yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri – saatda 30 cüt qatardan hərəkət qrafikində istifadə olunması zərurətini doğurur:

“Bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.

Beləliklə, qatarların sayı artırılmaqla qatarlararası intervalı da azaldılır. Belə ki, “Həzi Aslanov” – “28 May” stansiyaları arasında hərəkət intervalı 2 – 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq.

“28 May” – “Dərnəgül” və “28 May” – “İçərişəhər” stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq”.

Qeyd edək ki, iyul ayından Bakı metrosunda \”yay qrafiki\” tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

İnterpress.az