Hücuma “Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.
Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.
Saytın İslamic cyber army adlanan xaker qrupu tərəfindən sındırıldığı bildirilir.
Öz növbəsində Əmrahbank-dan Oxu.Az-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.
İnterpress.az