Dağlıq Qarabağda keçiriləcək “seçkilər” qeyri-legitimdirbackend

Dağlıq Qarabağda keçiriləcək “seçkilər” qeyri-legitimdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda deyilir ki, 20 ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda sentyabrın 13-də keçiriləcək “yerli seçkilər” beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır: “Bu və bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması cəhdlərinə zərər verir. Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu “seçkiləri” qınayır. Qeyri-legitim saydığımız bu seçkilər və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Minsk Qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcək”.

İnterpress.az