Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 14 yaşlı İ.B-nın (oğlan) 22 yaşlı S.M tərəfindən qətlə yetirildiyi məlum olub.
Araşdırmalar nəticəsində üzə çıxıb ki, hadisədən əvvəl gənc oğlan özündən 8 yaş kiçik həmcinsinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan sonra kənd sakinləri arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb və S.M 14 yaşı hələ tamam olmamış İ.B-nı boğub. O, daha sonra yeniyetmənin meyitini su kanalının kənarına ataraq hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, İ.B-nın yoxa çıxdığını görən yaxınları onun axtarışına başlayıb və hadisədən bir gün sonra onun meyiti tapılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. ( lent.az )
İnterpress.az