Tanınmış professorun iki oğlu beynəlxalq axtarışa verildi – ŞOKbackend

Tanınmış professorun iki oğlu beynəlxalq axtarışa verildi – ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı Eldar Azakov mənimsəmədə, onun qardaşı 35 yaşlı Fərid Azakov isə mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.

Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.

Axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin \”Neft-qaz mühəndisliyi\” kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.

Bu barədə APA-nın sorğusunu cavablandıran S. Azakov övladlarının axtarışda olması xəbərini təsdiqləyib: “Mənim bir oğlum xaricilərlə birlikdə işləyirdi. Onlar Bakıda şirkət açmışdılar. Həmin xaricilər oğlumun vasitəsilə Azərbaycanda qanunsuz işlər görmək istəyirdilər. Təbii ki, övladlarım buna razı olmazdılar və bu işə getmədilər. Onlar da vəziyyətin belə alındığını görüb övladlarımdan qisas almaq üçün prokurorluğa şikayət etdilər. Həmin şikayət əsasında prokurorluqda iş açıldı və övladlarım Azərbaycanda olmadıqları üçün barələrində axtarış elan edildi. Mən bir ata kimi sizi əmin edirəm ki, Eldarın və Fəridin heç bir günahı yoxdur. Ümid edirəm ki, bu məsələ tezliklə ədalətli həllini tapacaq”.

S. Azakov axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib.

Tanınmış professorun iki oğlu beynəlxalq axtarışa verildi - ŞOK

Tanınmış professorun iki oğlu beynəlxalq axtarışa verildi - ŞOK

İnterpress.az