Kəbədən dəhşətli görüntülər – VİDEObackend

Kəbədən dəhşətli görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA TV-nin Kəbədə olan əməkdaşı Jalə Məmmədli hadisə baş verən anın görüntüyə almağa müvəffəq olub. Görüntülərdə kranın aşmasından sonra baş verənlər yer alıb.

Əməkdaşımızın verdiyi məlumata görə, hadisədən sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi üçün əraziyə çoxlu təcili tibbi yardım maşınları gəlib. Yaralılar maşınlarla ən yaxın xəstəxanalara daşınıb. Zərərçəkənlərin xəstəxanalara aparılması üçün Kəbə ətrafında bütün yollar bağlanıb. Bu səbəbdən Ümrə ziyarətində olan zəvvarların otellərə qayıtmasında ciddi problemlər yaranıb. Bir çox zəvvarlar yalnız bu gün səhər saatlarında Kəbədən geri qayıtmağa müvəffəq olublar.

İnterpress.az