“Ermənistan terrorçu dövlətdir”backend

“Ermənistan terrorçu dövlətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Tacikistandakı səfirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, konfransda Azərbaycanın Düşənbədəki səfiri Abbasəli Həsənov çıxış edib.

O, Azərbaycanın həyata keçirdiyi xarici siyasət təcrübəsindən danışıb, ölkəmizin bu gün Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyini önə çəkib.

\”Regionda heç bir geosiyasi məsələ Azərbaycanın iştirakı olmadan reallaşmır. Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolu layihələrini buna misal göstərə bilərik. Cənubi Qafqazın ÜDM-nin 3/4 hissəsi Azərbaycanın payına düşür\”.

Ölkəmizin xarici siyasətindən danışan səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. \”Fond xarici siyasətdə “yumşaq güc” rolunu oynayır. Belə ki, fondun maliyyə dəstəyi ilə nəinki ölkə daxilində, həmçinin bir çox xarici ölkələrdə məktəblər, xəstəxanalar tikilir, mədəniyyət və tarixi abidələr təmir olunur\”.

Azərbaycan diplomatiyasının bir neçə ildir müdafiədən hücum diplomatiyasına keçdiyini deyən diplomat bildirib ki, hücum diplomatiyasının məqsədi Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanında həyata keçirilən islahatlar, sosial-iqtisadi inkişaf barədə dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırmaqdır. Ermənistanın terrorçu dövlət olduğunu deyən səfir qeyd edib ki, terror heç bir dövlət tərəfindən dəstəklənməməlidir: \”Ona görə ki, terror genişlənərək gələcəkdə həmin dövlət üçün də problemlər yarada bilər”.

İqtisadi məsələlərə toxunan A. Həsənov hazırda Tacikistan-Əfqanıstan-Türkmənistan dəmiryolu layihəsi üzərində işlərin davam etdirildiyini, habelə Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. \”Bu layihələr gələcəkdə Mərkəzi Asiya regionunu, eləcə də Tacikistanı Avropa ilə birləşdirəcək. Nəticədə Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizi yaranacaq\”, – deyə o vurğulayıb.

İnterpress.az