Bu ötən həftə gələnlərin sayından iki dəfə artıqdır.
Əsas axın Almaniyanın Münhen şəhərinə istiqamətlənir. Miqrantların çoxu Avropa İttifaqı məkanına Macarıstandan daxil olur.
Almaniya ordusu yeni gələnlərin qəbuluna 4 min hərbçinin cəlb edildiyini bildirib və müdafiə naziri Ursula Gertrud von der Leyen Silahlı Qüvvələrin texniki və loqistika sahəsində dəstək göstərməyə hazır olduğunu deyib.
Çox güman ki, miqrantların əksəriyyəti hərbi kazarmalarda yerləşdiriləcək.
Bundan əvvəl Bavariya hakimiyyəti miqrant axınına tab gətirə bilməyəcəyindən ehtiyatlandığını bildirib.
Avqust ayında Almaniya Dublin razılaşmasının tələblərinə zidd olaraq gələnlərin sığınacaq ərazilərini qəbul edəcəyini bildirib. Bundan sonra Almaniyaya gələnlərin sayı artıb. Dublin razılaşmasına əsasən iddiaçı sığınacaq üçün ilk daxil olub qeydiyyatdan keçdiyi ölkədə müraciət edə bilər.
Cümə günü Macarıstan ölkə ərazisinə qeyri-qanuni daxil olan miqrantların həbs ediləcəyini bildirib.
Baş nazir Viktor Orban miqrasiyanın qarşısını almaq üçün qaçqınları gəbul edən Suriya ilə qonşu ölkələrə 3 mlrd avro dəyərində yardım ayırmağa səsləyib. Macarıstan miqrantların şimala doğru səfərində, əsas tranzit məntəqəsi sayılır və bu il ölkəyə artıq 150 mindən çox insan gəlib.
Ötən həftə Avropa İttifaqı Şurası prezidenti Jean-Claude Juncker AI ölkələrini 120 min qaçqını qəbul etməkdə birgə addımlara səsləyib.
İnterpress.az