Sionizmin AKP tilsimində qalmağa davammı, yoxsa …backend

Sionizmin AKP tilsimində qalmağa davammı, yoxsa …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rotşildin etiraflarında qeyd etdiyi kimi, Menderesdən üzü bəri Türkiyəni devrimlərlə basqıda saxlayan Dünya bankının sahibləri əllərində belə bir imkan varkən nədən son illər bundan istifadə etmir, Türkiyədə hakimiyyət dəyişikliyinə səbəb olan yeni devrimlər təşkil etmirlər. Səbəb birdir və aydındır. Hazırki Türkiyə yönətimi bütün xırdalığı ilə onların ssenarisinə uyğun hərəkət edir və bu səbəbdən də Türkiyəyə hər hansı bir kənar təzyiqə ehtiyac qalmır.

Ərdoğana illər öncə həm Türkiyənin özündə ,həm də türk –müsəlman dünyasında şöhrət gətirən İslam və Xilafət məsələsi isə Türkiyənin Amerikaya və xristian dünyasına nisbətdə alternativ bir güc halına gətirilməsi panikatından və görüntüsündən başqa bir şey deyildi. Əslində bu ideya elə onların özləri tərəfindən düşünülüb Türkiyənin dinə həssas olan kəsimini keyitməyə, bütün əhalini cəlbedici və qürurverici görünən bu cəhdin təsir dairəsinə salıb yuxuya verməyə, onların iradəsini yerinə yetirən AKP hakimiyyətini uzunömürlü etməyə hesablanmışdı.

Etiraf edək ki, Türkiyə Cümhuriyyətinin siyasi hakimiyyət tarixində çevik manevrləri ilə insanların beynini qarışdıran, hadisələrin hansı səmtə istiqamətləndiyinin ip ucunu vermədən onları nəzarətdə saxlayan , mövcud narazılıqlara rəğmən hər dəfə fərqli üsullarla xalqı aldadaraq hakimiyyətdə qalmanın yolunu və yönünü bilən AKP kimi uzunömürlü ikinci bir iqtidar olmamışdır. Bu onun göstəricisidir ki, AKP – yə qədər müəyyən asılılıqlar və basqılar olsa da əks qüvvələr Türkiyə yönətimini tam olaraq ələ keçirə bilməmişdi. Lakin, AKP iqtidarının təşkili ilə kənar qüvvələr Türkiyə yönətimini tam ələ keçirə bildikləri üçün , artıq ölkəyə hər hansı bir daxili girişimə, devrimə ehtiyac görməmiş, tam əminliklə ölkənin qurucu gücü və sahibi olan türkləri bu iqtidarın öhdəsinə buraxmışlar . Çünki, üzdə Türk hakimiyyəti adlanıb anti-türk olan bu iqtidar heç bir kənar qüvvənin təsir izi olmadan da , “müstəqil idarəsi ” ilə Türkiyə əhalisini daha sinsi, daha üsulca zərərsizlədirə biləcəkdi. Hər halda 10 ilə yaxın olan bir zaman kəsiyində Türkiyədə baş verən anti- türk yönümlü dəyişikliklər bunu sübut edir və ölkə idarəsində türk faktorunun artıq iflas nöqtəsinə gəlməsi birmənalı olaraq bunun nəticəsidir.

Bu gün PKK –ya qarşı aparılan əməliyyatlar isə hakimiyyəti laxlamış Türkiyə iqtidarının növbəti manevrindən, hakimiyyətdə qalması vacib bilinən ölkə başçısına qəhrəman obrazı yaratmağa xidmətdən başqa bir şey deyil. Əgər ortada gerçək dövlət marağı və millət təəssübkeşliyi var idisə, o zaman bu hakimiyyət eyni əməliyyatları illər öncə PKK-nın indikindən qat-qat zəif olduğu vaxtlarında daha uğurla apara bilərdi. Demək ki, əks qüvvələrin Türkiyə ssenarisində PKK- nın Türkiyə ordusu ilə baş gələ bilmədiyi müddətcə bu əməliyyatların aparılması nəinki, uyğun görülməmişdir, hətta qadağan edilmişdir. İndi isə Türkiyədə hakimiyyət narazılıqlarının baş qaldırdığı, PKK –nın kifayət qədər gücləndiyi hazırki məqamda bu əməlliyyatlara başlamaq məqsədəuyğun sayılmışdır. Nəticədə bu addımla PKK –ya qarşı qətiyyətli mövqe sərgiləyən milli lider imici ilə Ərdoğan həm xalqın haqlı tənələrindən yenidən xilas edilmiş olur və həm də beyinləri yenidən qarışdırmaq, BOP-un Türkiyə planlarını sonadək tətbiq etmək üçün növbəti seçkilərə qədər daha bir neçə il vaxt qazana bilir. Eyni zamanda, belə qarışıq və mürəkkəb dönəmdə narazı xalqın ölkə hakimiyyətini dəyişmək cəhdi də sıfıra enmiş olur. Bununla da, AKP iqtidarının çoxillik hakimiyyəti illərində gücləndirilən PKK ilə çatışma Türkiyədə nəhayət ki, gözlənilidiyi və istənildiyi kimi Böyük Orta Doğu Projesinin uyğulamaq üçün əlverişli zəmin, şərait yaratmış olur və prosesə girişim cəhdini şərtləndirir. Və beləliklə, bu yollarla hakimiyyətdə saxlanılması bacarılmış Ərdoğan isə illər öncə fəxarətlə söylədiyi kimi BOP- un eşbaşqanı olaraq öz statusunda qalmaqda davam edir. Bu dəfə isə artıq, proje Türkiyənin öz ərazisində uyğulanır.

Sözümün bu nöqtəsindən sonra, başqa bir şey söyləməyə lüzum görmürəm. Bu yerdə söz bizimlə qanı bir, dili bir, kökü bir olan Türkiyənin qurucuları olan soydaşlarımızındır. Sionizmin AKP tilsimində qalmağa davammı, yoxsa…

Qoy, sonda bir şey də deyim, ey Türkiyə türkləri, unutmayın, biz Azərbaycan türkləri sizin doğru seçiminizə müntəzirik. Qədəriniz qədərimiz, qələbəniz isə qələbəmizdir!!!