Bilal Ərdoğanın Kılıçdaroğluna qarşı məhkəmə iddiası rədd edildibackend

Bilal Ərdoğanın Kılıçdaroğluna qarşı məhkəmə iddiası rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

100 min lirəlik mənəvi təzminat iddiası Kamal Kılıçdaroğlunun vəqfi rüşvət mərkəzi olmaqda ittihm etməsinə görə qaldırılmışdı. Dəlil çatışmazlığını əsas götürən məhkəmə isə Kılıçdaroğlunun iddialarının təhqir səciyyəsinə daşımadığına dair qərar verib və iddianı rədd edib.

İstanbul 4-cü hüquq məhkəməsində baxılan işdə Kılıçdaroğlu TÜRGEV-in bank hesablarına yatırılan pullara dair ətraflı məlumatların açıqlanmasını, xəzinəyə qeyd olunan daşınmaz əmlakın siyahısının verilməsini, hədiyyə adı altında alınan mülklərin siyahısını tələb edib.

Bundan əvvəl Kılıçdaroğlu çııxşlarından birində TURGEV barədə demişdi: \”TÜRGEV ​​rüşvətin mərkəzidir. Rüşvətin qaynağıdır. Dövlətdən tenderi almazdan əvvəl aparıb TÜRGEV-ə pul verirlər … . O balanslarını, gəlir-gedər hesabatlarını və kimlərdən hədiyyə aldıqlarını gətirib məhkəmə dosyesinə qoysunlar. Dosyeyə qoymurlar. Qoysunlar. O zaman orada qazanılan tenderə görə necə aparıb oraya rüşvət yatırdıqları görünəcək. Rüşvətlə bəslənən bir quruluş var orada. Tender almayan sadə vətəndaş gedib hədiyyə edirmi?\” (musavat.com)

İnterpress.az