Neftin qiyməti yenidən dəyişdibackend

Neftin qiyməti yenidən dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti ucuzlaşaraq 44 dollar 63 sent təşkil edib.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2%- yaxın azalaraq 48 dollar 14 sentə düşüb.

Dünya bazarında neftin qiymətinin daha da düşəcəyi proqnozlaşdırılır. Hətta gələcəkdə onun hər barrelinin qiymətini 20 dollara qədər enə biləcəyi gözlənilir. “Bloomberg” agentliyinin məlumatına görə, bu barədə “Goldman Sachs Group”un analitikləri açıqlama verib.

“Goldman Sachs” təmsilçiləri öz fikirlərini bazarda təklifin çox olması, neft tələbatın azalması ilə də izah edir. Onların fikrincə, neftin 20 dollara satılması uzun müddət davam etməsə də, tələb-təklif balansının dəyişməsinə təsir edəcək.

İnterpress.az