“Müəllimlərin əməkhaqqı 35 faiz artıb”backend

“Müəllimlərin əməkhaqqı 35 faiz artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı”nda çıxış edərkən deyib. O bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb: “Hazırda bu fərq 6 faiz təşkil edir”.

C. Bayramovun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.

İnterpress.az