Ağdaşda 58 yaşlı kişi intihar edibbackend

Ağdaşda 58 yaşlı kişi intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün səhər saat 06:00 radələrində Ağdaşın Aşağı Qəsl kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Cabbarov Fazil Vidadi oğlu yaşadığı evin həyətindəki meyvə ağacından özünü kəndirlə asaraq intihar edib. Qəssablıqla məşğul olan F. Cabbarovun özünə qəsd etməsinin səbəbi hələlik tam məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İlkin ehtimala görə, o, ayrı-ayrı şəxslərə külli miqdarda pul borcu olduğu üçün intihar edib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az