Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O qeyd edib ki, R. Əliyevin Azərbaycanda hakimiyyətə qarşı ciddi iradı da olmayıb.
Deputatın sözlərinə görə bütün Avropa hakimiyyətlərində qüsurlar var: “Amma bizə yanaşmada daha qərəzli münasibət sərgiləyirlər. Onların bu münasibətini gizlətmək mümkün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian-müsəlman davasının elementləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyirlər. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyənlər mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu, çoxlarına sərf etmir”.
İnterpress.az