Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə keçirilən iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti tez-tələsik seçkilər ərəfəsində böhtan və yalanla dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu:
“Onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər. Qətnamələr, vədlər və digər addımlar ciddi əhəmiyyət kəsb edə bilməz. Tək Azərbaycanın deyil, bütün dünyanın gözü qarsışında onlar müstəqil dövlətə qarşı məsuliyyətsiz addım atdılar. Haqq sözə və sağlam qüvvələrə qulaq asmadan, qətnamə qəbul etdilər. Bunun tək cavabı odur ki, Azərbaycan regionda azad söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan öz xalqının maraqları ilə oturub-durmaq və inkişaf etmək iqtidarındadır. İqtidar işğal olunan torpaqları Avropa Parlamentindən dəstək almadan azad etmək iqtidarındadır. Bütün bunlar da onları qorxuya salır”.
“Qətnamə bizə göstərdi ki, Avropa Parlamenti insan haqlarından istifadə edərək müstəqilliyə zərbə vurmağa çalışır. Bir faktı göz önünə gətirim ki, sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansın deputatları idi. Onlar da vaxtı ilə “Dağlıq Qarabağ” bölgəsində separatçı rejimin bəzi qüvvələrinə üzvlüyə qəbul ediblər. Milli maraqlar və Prezident İlham Əliyevin yürütdüyü siyasət naminə öz sözümüzü deməliyik. Sağlam qüvvələrlə birləşib Avropa Parlamentində fəaliyyətimizi dayandırmalıyıq. Bugünkü müzakirələr bir daha göstərəcək ki, ikitərəfli münasibətləri yüksək səviyyədə davam etdirək” – S.Seyidov fikirlərinə əlavə edib.
İnterpress.az