“Rusiya Əsədin hakimiyyətdən uzaqlaşdırılması üçün danışıqlar aparır”backend

“Rusiya Əsədin hakimiyyətdən uzaqlaşdırılması üçün danışıqlar aparır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Bloomberg” Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-dakı diplomatik mənbələrə, habelə Suriyadakı müxalifət təmsilçilərinə istinadən məlumat yayıb.

Danışıqlara iyun ayından etibarən start verildiyi bildirilir. Mənbələrin məlumatına görə, Rusiya və ABŞ Bəşər Əsədin müvəqqəti hökumət başçısı olaraq qalacağı halda onun hakimiyyətdən uzaqlaşdırılması ssenarisini istisna etmirlər. Yazıda xatırladılır ki, iyunda Rusiya prezidenti Vladimir Putin Moskvada B. Əsədin Yaxın Şərqdəki əsas əleyhdarlarından olan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Nayef bin Abdel Əziz əl Səudu qəbul edib.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Suriya ilə bağlı siyasətinin tənqidə məruz qaldığını bildirib. “ Lakin heç kim daha aydın alternativ təklif edə bilmir”, -deyə o qeyd edib.


İnterpress.az