Bu barədə LDPR-in rəsmi saytında xəbər verilir.
Məlumata görə, Jirinovski hazırda iqtisadi müharibənin getdiyini, ancaq neft hasil edən ölkələrin bombalandığını bildirib: \”Liviya neft deməkdir, İraq neft deməkdir, Suriya neft deməkdir. Harada neft və qaz yoxdursa, orada sakitlikdir.
Suriya əsas mövqe tutur. Yeni qaz və neft kəmərləri bu ölkədən keçməklə Türkiyəyə, oradan isə Avropaya çəkiləcək. Suriya mane olur. Türkiyə ucuz neft və qazda maraqlıdır, o, tranzitçi olacaq. Qətər və Səudiyyə Ərəbistanı isə Avropaya qaz tədarük edəcəklər, çünki dəniz nəqliyyatı ilə çətindir”.
Jirinovskinin sözlərinə görə, əgər Suriya Əsəd rejiminin süqutundan sonra dağılarsa, İrana qarşı müharibə başlayacaq: “O zaman qaçqınlar Avropaya və cənuba yox, şimala, Azərbaycan, Ermənistan, Gürcüstana, Şimali Qafqaza axın edəcəklər – orada da hər şey dağılacaq. Daha sonra bu dalğa Rostova, Voronejədək çatacaq. Qərbin məqsədi odur ki, dünya böyük müharibə astanasında olsun.
Bunun üçün Yaxın Şərqdə yanğının baş verməsi və milyonlarla qaçqının Avropaya gəlməsi lazımdır. Və qoy avropalılar öz mehmanxana və mənzillərini hazırlasınlar – onlar Yaxın Şərqdən, Afrikadan 200-300 milyon qaçqın qəbul etməlidirlər. O zaman bütün Avropa ölkələrində sağ-radikalçı, nasist, faşist hökumətlər hakimiyyətə gələcək. Britaniya NATO və Avropa İttifaqından çıxacaq.
Bax, elə onda Avropada əsl qarışıqlıq başlayacaq. Avropa qalacaq, lakin avropalılar qaçqınlara xidmət edəcəklər\”.
Jirinovski bugünkü Suriyanı 1936-cı ilin İspaniyası ilə də müqayisə edib: \”Orada biz İspaniyaya kömək edə bilmədik və hakimiyyətə ispan faşistləri gəldilər”.
İnterpress.az