İnterpress.az xəbər verir ki, hadisə Datça bölgəsində qeydə alınıb. İçərisində 200-dən artıq suriyalı qaçqının olduğu gəmi hələlik müəyyən edilməyən səbəblərdən batıb.
Yunan adasına getmək istəyən gəminin batması nəticəsində 22 nəfər ölüb. Onlardan 4-nün uşaqlar olduğu bildirilir. Hadisə yerinə çox sayda xilasedici cəlb edilib. 205 nəfəri xilas etmək mümkün olub
Hadisə yerində axtarışlar davam etdirilir.
İnterpress.az