Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 16-da şimşək çaxacaq, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
İnterpress.az