“Budulay” vəfat edibbackend

“Budulay” vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M. Volontir ömrünün son aylarını xəstəxanada keçirib. İyulun sonlarından onun qızı aktyorun ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirib. Bundan başqa, M. Volontir onkoloji xəstəlik və gözünə təsir edən diabetdən də əziyyət çəkib. O, son illər görmə qabiliyyətini itirib.

M. Volontir karyerası boyunca teatrda 120-dən çox baş rol ifa edib və 30-dan çox filmə çəkilib. Onun debütü 1968-ci ildə “Dalandar lazımdır” (“Nujen privratnik”) filmi ilə gerçəkləşib. Aktyora xüsusi populyarlıq qazandıran ekran əsəri isə 1979-cu ildə çəkilən çoxseriyalı “Qaraçı” (“Tsıqan”) filmi olub. M. Volontir bu filmdə Budulay rolunu oynayıb. 1985-ci ildə “Qaraçı”nın davamı kimi “Budulayın qayıdışı” (“Vozvraşşeniye Budulaya”) filmi çəkilib. 1988-ci ildə M. Volontir SSRİ xalq artisti adını alıb. O, Moldovanın müstəqilliyini elan edən XII çağırış Moldova Ali Sovetinin deputatı olub. M. Volontir Moldovanın ali mükafatı – “Respublika” ordeni ilə təltif edilib.

Xatırladaq ki, M. Volontir Azərbaycanda çəkilən “Tütək səsi” filmində Cəbrayıl rolunun ifaçısı olub.

İnterpress.az