Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcəkbackend

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu \”APA-Economics\”ə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

M. Abdullayev vurğulayıb ki, bayram günlərində sərnişinlərin daşınması üçün 200-dən artıq nəqliyyat vasitəsi əlavə olaraq xəttə buraxılacaq: \”Ehtiyat maşınlar artıq hazırdır. Lazımi sayda sərnişinin daşınması üçün 200-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq xəttə ayrılacaq.

Kompleksin nümayəndəsi bayram günlərində biletlərin qiymətinin qanunsuz şəkildə artırılmasına qarşı mübarizə aparılacaq: \”Bayram günlərində neqativ halların qarşısının alınması üçün 8 nəfərdən ibarət müvafiq komissiyamız fəaliyyət göstərir. Həmin komissiyanın üzvləri biletlərin qiymətlərinə nəzarət edəcək. Biletlər yalnız kassalar vasitəsilə satılacaq. Hər hansı bir marşrutda sərnişin sıxlığı yarandıqda, bilet olmadıqda, məsələ yerindəcə həllini tapacaq, sərnişin yola salınacaq”.

Onun sözlərinə görə, bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi ilə 15 mindən çox sərnişinin daşınması gözlənilir.

İnterpress.az