Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, bunun üçün fondun kifayət qədər resursu var. Sədr qeyd edib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkədə əhalinin gəlirlərində azalma olmayıb:
\”Əksinə artım dinamikası davam edir. Növbəti ildə də bu dinamikanın davam edəcəyini proqnozlaşdırırıq və DSMF-nin sosial sığorta gəlirlərinin artımını gözləyirik. Bunu yanvar-avqust ayları üzrə faktiki göstəricilər də təsdiq edir. Bu müddətdə fond məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 60 milyon manat artıqlaması ilə yerinə yetirilib. Bu da ilin sonuna kimi tendensiyanı davam etdirə biləcəyimizə və növbəti ildə də bu sahədə heç bir problem olmayacağına zəmin yaradır\”.
İnterpress.az