Bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir.
Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində həmçinin daha 30 qiyamçı məhv edilib, 100-dən çoxu həbs edilib. Güc strukturları tərəfindən “Alfa” xüsusi təyinatlı dəstəsinin komandiri Rustam Amakiyevin öldüyü bildirilir.
Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkilində ittiham edilirdi.
İnterpress.az