İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda “Opel” və “Ford” markalı 2 minik avtomobili toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsünün ayaqları sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təvil verib. Əməliyyat saat 23:10-da başa çatıb.
İnterpress.az