Ölkədə böyük rezonans doğuran təlimlərə hətta mülki şəxslər, ehtiyatda oilan zabitlər də cəlb edilmişdi.
Təlimlərdən sonra Müdafiə Nazirliyində Zakir Həsənovun sədrliyi ilə kollegiya iclası keçirilib. İclas zamanı hərbi təlimlərdə səhvə yol vermiş bir neçə hərbi hissə komandiri işdən çıxarılıb.
Bu barədə AzNews.az-a hərbi jurnalist, ekspert Üzeyir Cəfərov məlumat verib. Bildirib ki, Z.Həsənov hərbi təlimlər zamanı ən xırda səhvə yol vermiş şəxsləri belə cəzalandırıb.
Belə ki, cəzalandırılan müxtəlif ranqlı komandirlərdən bəziləri işdən azad edilib, bəzilərinin rütbələri alınıb, bəzilərinin vəzifələri isə kiçildilib.
Qərarını Kollegiya İclasında açıqlayan Z.Həsənov bildirib ki, müharibə vəziyyətində olan, hər an müharibənin başlayacağı bir ölkənin komandiri vaxtında düzgün qərar qəbul etməyi bacarmalıdır və ən xırda səhvə yol verməməlidir: “Bu işdə məsul olan heç kimin ən xırda səhvi belə etməyə haqqı yoxdur. Çünki milyonlarla insanın və bir ölkənin taleyi o ən xırda qərardan asılı ola bilər”.
Bundan əlavə, nazir təlimlərdə fərqlənən şəxsləri də mükafatlandırıb.
İnterpress.az