Sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub.
Nəticədə onun sərnişinlərindən – Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
İnterpress.az