Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
\”Türkiyə prezidenti Moskvada məscidin açılış mərasimində iştirak edəcək. Həmçinin onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Putin ayrıca danışıqlar aparacaq\” -, deyə Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Qeyd edək ki, sentyabrın 23-də Moskvanın Sülh prospektində yerləşən məscidin açılış mərasimi keçiriləcək. Mərasimə dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var. ( apa )
İnterpress.az