Bu barədə Ermənistanın İstintaq Komitəsindən bildiriblər.
Qeyd olunub ki, V. Martirosyan iri məbləğdə pul oğurlamaqda ittiham edilir. Konkret olaraq bildirilir ki, V. Martirosyan həyat yoldaşı və qızı ilə bir neçə gün ərzində dostunun evində yaşayıb və oradan 4 min dollar oğurlayıb.
Ermənistanın İstintaq Komitəsindən həmçinin bildiriblər ki, V. Martirosyan Ermənistan parlamentinin deputat Mger Sedrakyanın işçiləri tərəfindən döyülməsi faktı ilə bağlı dindirilməyib. Çünki zərərçəkən şəxs işi araşdıran quruma gəlməyib.
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib. ( apa )
İnterpress.az