Qətər şeyxi ABŞ-da “Ferrari” ilə avtoxuliqanlıq edib aradan çıxdıbackend

Qətər şeyxi ABŞ-da “Ferrari” ilə avtoxuliqanlıq edib aradan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “The Los Angeles Times” qəzeti yazır.

Şeyxin sarı rəngli “Ferrari” ilə Beverli-Hillz küçələrində yol hərəkəti nişanlarına məhəl qoymadan necə şütüdüyünü əks etdirən videokadrlar internetdə yerləşdirilib və indiyədək ona 1 milyondan çox adam baxıb.

Videorolikdə superkarın şəhər küçələrində necə şütüdüyü, sürücünün isə başqa sürücülərə məhəl qoymadığı əks olunur. Avtomobil qaraja qayıdanda isə onun motor bölməsini tüstü bürüdüyü görünür.

Hadisə yerinə gələn polis sürücünün kimliyini müəyyən edə bilməyib, ancaq daha sonra məlum olub ki, sürücü Qətər şeyxidir.

Beverli-Hillzin polis rəisi bildirib ki, avtoxuliqan artıq ABŞ hüdudlarını tərk edib. Şeyxin şütüdüyü avtomobilin “Ferrari”nin ilk dəfə 2013-cü ildə publikaya təqdim edilən hibrid modeli “LaFerrari” olduğu bildirilir.

Avtomobildə 6,3 litrlik benzin mühərriki ilə yanaşı elektromotor da quraşdırılıb. Bu avtomobillərdən cəmi 499 dənədir və qiyməti 1 milyon dollardan yuxarıdır.

Qəzet yazır ki, şeyxi bundan əvvəl də dəfələrlə Los-Angeles küçələrində dəbdəbəli “Ferrari”lərdə görüblər. Ötən həftə isə 20 yaşlı bu gənc Beverli-Hillzin prestijli rayonunda yüksək sürətlə avtomobil “qovaraq” polisi özündən çıxarıb. Polis avtoxuliqanlığa görə onu istintaqa cəlb etmək istəsə də şeyx diplomatik immunitetə malik olduğunu deyərək bundan boyun qaçırıb, daha sonra ABŞ-ı tərk edib.

Ancaq daha sonra Dövlət Departamenti Qətər konsulluğu ilə məsləhətləşmələr aparıb və məlum olub ki, şeyx diplomatik toxunulmazlığa malik deyilmiş.

“Biz qanunu hamıya qarşı eyni cür tətbiq edəcəyik, kimliyindən və harada olmasından asılı olmayaraq”- deyə şəhər polisinin rəisi Dominik Rivetti keçirdiyi brifinqdə bildirib.

Şeyx Xalid bin Hamad əl-Tani isə sürət avtomobillərinin həvəskarıdır, onun bir neçə yarış avtomobilləri komandası var. Bu komandalar ABŞ və Orta Şərqdə keçirilən yarışlara qatılır. (Virtualaz.org)

İnterpress.az