Bu barədə NBC News Ağ Evə istinadən məlumat yayıb.
“Əziz Bencamin, 101 yaşın mübarək!” – prezident Barak Obama və xanımı Mişel Obamanın imzaladığı Ağ Evin rəsmi blankında göndərilən təbrik məktubunda belə deyilir. Məktubda daha sonra qeyd olunur ki, “Bencamin Amerika tarixinin ayrılmaz hissəsidir”, “birgə səylərlə ölkəmizin qazana biləcəyi ən yaxşı şeylərin şahididir”.
Yuta ştatından olan ər-arvad Şostedlər ənənəyə uyğun surətdə müntəzəm olaraq Ağ Evdən onları ad günü münasibətilə təbrik etməyi xahiş edir. Onların sözlərinə görə, heç vaxt belə bir təbrik almayıblar və yəqin bu, yaxşılığa işarədir.
Ər-arvad ehtimal edir ki, Ağ Evdə uşağın təbrik blankı ilə uzunömürlünün təbrik blankını səhv salıblar.
İnterpress.az