Yunanıstanda parlament seçkiləri keçirilirbackend

Yunanıstanda parlament seçkiləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, səsvermə saat 7.00-dan 19.00-dək davam edəcək.

Seçici siyahılarında 9 milyon 873 nəfərin adı var. Konstitusiyaya görə, səsvermədə iştirak etmək vətəndaş üçün məcburi sayılır.

Qeyd edək ki, bu, 2015-ci ildə keçirilən üçüncü parlament seçkiləridir. İlk növbədənkənar seçkilər bu il yanvarın 25-də keçirilib. İyulun 5-də isə kreditorların tələbləri ilə bağlı referendum olub.

Parlament hakim SİRİZA partiyasında – radikal solçuların koalisiyasında baş verən parçalanmadan sonra buraxılıb.

Narazılıq koalisiyanın lideri, baş nazir Aleksis Siprasın kreditorlarla yeni memorandum imzalanmaq niyyətindən sonra yaranıb. A. Sipras sərt iqtisadiyyat siyasətini davam etdirmək tərəfdarı olsa da, digər partiya üzvləri bunun partiyanın seçkiqabağı vədləri və proqramı ilə ziddiyyət təşkil etdiyini bildirib, əleyhinə çıxıblar.

Hakim koalisiya çoxluğu itirib və Sipras yeni seçkilərə getmək məcburiyyətində qalıb.

İnterpress.az