Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin işçilərinin COVID-19-a qarşı sınaqdan keçirdikləri peyvənd uğurlu nəticə verib.
“İnterfaks” xəbər verir ki, mərkəzin direktoru, akademik Aleksandr Gintsburq peyvəndin effektli olduğunu, mənfi təsirlərinin aşkarlanmadığını bildirib.
“Hər kəs sağ-salamat və xoşbəxtdir”, – deyə alim əlavə edib.
Peyvəndi öz üzərində tətbiq edən həmkarların sayı açıqlanmayıb.
Onların mərkəzin işçiləri – tərtibatçılar, preklinik tədqiqatların təşkilatçıları və texnoloqlar olduğu qeyd edilir.
İnterpress.az