Ötən gecə həm də payız gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birnə 12 saat olmaqla – bölüblər.
Artıq sentyabrın 22-dən başlayaraq gecə uzanacaq, gündüz qısalacaq.
Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.
Dədə-babalarımız da tarixən payızın başlanğıcını elə bu gündən hesablayıblar…
İnterpress.az