“Syriza” seçkilərdə qalib gəldibackend

“Syriza” seçkilərdə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçici bülletenlərinin 50%-nin yekunları belə deməyə əsas verir.

İlkin məlumatlara görə, Syriza Partiyası 300 yerlik parlamentdə 145 mandat əldə etməyə imkan verən 35,54% səs toplayıb. Onun əsas rəqibi mühafizəkar Yeni Demokratiya Partiyası 28,07% səs toplayıb.

Seçici fəallığı isə 55,4% olub.

Yunanıstan qanunvericiliyinə görə, seçkilərdə birincilik qazanan siyasi qüvvə avtomatik olaraq parlamentdəki yerlərin 50%-ni alır.

Yeni Demokratiya Partiyasının rəhbəri Vanqelis Meymarakis partiyasının məğlubiyyətini etiraf edərək “Syriza” rəhbəri Aleksis Siprası qələbə münasibətilə təbrik edib.

Ehtimallara görə, “Syriza” yenidən “Müstəqil yunanlar”la koalisiya qurmağı nəzərdən keçirə bilər.

Xatırladaq ki, yanvar ayındakı seçkilərlə müqayisədə “Syriza” 4 artıq mandat əldə edib.

Həmin vaxt cəmi 2 mandat çatışmazlığı təkbaşına hökumət qurmağa imkan verməmişdi.

Qeyd edək ki, Yunanıstanın baş naziri Aleksis Sipras avqustun 20-də bütün hökumətlə birgə istefaya getdiyini açıqlayaraq, bununla, parlamentə növbədənkənar seçkilərin keçirilməsini tezləşdirmək istədiyini bildirmişdi. Avqustun 27-də isə Yunanıstan prezidenti Prokopis Pavlopulos ölkə Konstitusiyasına əsasən, Ali Məhkəmənin sədri Vasilika Tanu Xrestofili baş nazir postuna təyin etmiş və müvəqqəti hökumətin formalaşdırılması səlahiyyətini vermişdi.

İyul ayında A. Sipras hökumətinin avropalı kreditorlarla Afinaya sərt iqtisadi tədbirlərin tətbiq edilməsi, vergilərin artırılması və genişmiqyaslı özəlləşdirmənin aparılması barədə anlaşması “Syriza”nın daxilində də parçalanmalara səbəb olmuşdu.

Belə ki, A. Siprasın Avropa İttifaqı ilə razılaşmasından narazı olan “Syriza”nın sol qolu seçkilər öncəsi Xalq Birliyi Partiyasını yaratdığını elan edib.

İnterpress.az