Bü gün ümümdünya alsqeymer xəstəliyi barədə məlumat yayma günüdür.
Bu gün 1994-cü ildə Beynəlxalq Alsqeymer Xəstəliyi Mərkəzinin təşəbbüsü ilə təsis olunub.
Bu gün Yer kürəsində 35 milyondan çox insanda getdikcə yaddaşın zəifləməsi ilə nəticələnən alsqeymer xəstəliyi var. Hesablanıb ki, xəstəlik Birləşmiş Ştatlarda ölümə səbəb olan 6 əsas xəstəlikdən biridir. Ancaq alimlər proqnozlaşdırırlar ki, yaxın 35 il ərzində demensiya (əqli zəiflik) xəstələrinin sayı kəskin artacaq. Bu, dünya əhalisinin ümumi qocalması ilə əlaqədardır. 2050-ci ilə qədər əqli zəif insanların sayı 47 milyondan 132 milyonadək artacaq, bu barədə Alsqeymer xəstəliyinin öyrənilməsi üzrə Beynəlxalq İnstitutun hesabatında deyilir. Hazırda dünyada 60 yaşdan yuxarı insanların sayı təqribən 900 milyon nəfərdir. Mütəxəssislərin proqnozlarına görə, yaxın 35 il ərzində az gəlirli ölkələrdə onların sayı 185 faiz, kasıb ölkələrdə isə 239 faizə kimi artacaq. 65 yaşdan sonra alsqeymer xəstələyinə tutulma şansı hər beş ildə ikiqat artır, 85 yaşlarında xəstəliyə tutulma şansı 50 faizə çatır.
Qeyd edək ki, Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən,dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza cıxır. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Alzheimer tərəfindən xəstə Auguste D. adlı bir qadında müəyyən edilmişdir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir. Alzheimer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə – beyin travmaları, Down sindromu, hipotiroidizm və s. göstərmək olar. Alsqeymer xəstəliyi olan insanların beş faizində bu xəstəlik genlə bağlı yaranır, çoxları isə xəstəliyə yaş və digər səbəblərdən tutulur. Alsqeymer xəstəliyinin ilk simptomu yaddaşın getdikcə zəifləməsidir. Sonda isə xəstələr öz əzizlərini belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər. Bu gün bu xəstəliyin qarşısının alınması üçün ən yaxşı müalicə xəstəlik simptomlarının qarşısını almaqdır.
Ekspertlərin fikrincə, xəstəliyin simptomları başlayarkən ona nəzarət etmək və qarşısını almaq mümkündür.
Beynəlxalq Alsqeymer Xəstəliyi Mərkəzinin bu yaxınlarda açıqladığı məlumatda deyilir ki, xəstəliyin qarşısının alınması üçün ildə 604 milyard dollar xərclənir, ancaq bu günədək xəstəliyin effektli müalicəsi yolu hələ də tapılmayıb.
İnterpress.az