İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabran rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb. Ərazidə olan digər sahələr yanğından mühafizə olunub.
Siyəzən rayonu, Eynibulaq kəndində isə dağlıq ərazidə 14 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqda yeni salınmış meşə zolağı yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az