Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 21-i ilə müqayisədə 0,0006 manat və ya 0,06% artaraq 1,0482 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0116 manat və ya 0,98% azalaraq 1,1742 manata enib.
Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0158 manat səviyyəsində qərarlaşıb.
İnterpress.az