Bu barədə APA-ya Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib.
Məktubda deyilir:
“Cənab sədr Şults. Sizinlə həm Azərbaycanda qadınlarla bağlı həyata keçirdiyim fəaliyyət haqqında təəssüratlarımı (uzun illərdir qadın hüquqları sahəsində çalışıram), həm də Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfümü bölüşmək istərdim. Azərbaycan xalqı özünü avropalı hiss etmək istəyir, lakin bizim addımlarımız onları yenidən Rusiyanın təsiri altına atır.
Bir qrup azərbaycanlı qadınla birlikdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməni oxudum. Tərəfdaşlar arasında olan problemlərin və məsələlərin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır. Avropa İttifaqının Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Aİ-nin regiondakı gücünü azaldır. Əgər biz müsbət bir nəticənin əldə olunmasını istəyiriksə, Azərbaycanla əlaqə vasitələrimizi açıq saxlamalıyıq: Azərbaycan və digər Şərq tərəfdaşlarımızla daha yaxşı dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin görürəm ki, Avropa Parlamentinin qətnaməsi Aİ və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib. Bu fakt bir çoxlarını, o cümlədən Aİ ilə daha yaxın əməkdaşlığı dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə verməyəcək. Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır və əgər biz konkret nəticələr görmək istəyiriksə, bu proses konstruktiv şəkildə baş verməlidir”.
İnterpress.az