Böyük korrupsiya pullarının izinə düşdü, evində öldürüldübackend

Böyük korrupsiya pullarının izinə düşdü, evində öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”The Independent\”ə istinadən xəbər verir ki, sentyabdın 21-də Londonda öz mənzilində qətlə yetirilmiş Mİ6 agentinin cəsədi aşkar edilib.

Cəsəd böyük yol çantasının icinə qoyulubmuş və görünür ki, qatil və ya qatillər cəsədi harasa aparmağı planlaşdırırmışlar, ancaq hansısa səbəbdən bunu etməyiblər.
Bu qətlin ən maraqlı məqamı odur ki, jurnalist araşdıqmaları zamanı məlum olub ki, qətlə qetirilən şəxs Britaniya xüsusi xidmər orqanı olan Mİ6 – nın agenti Qaret Uilyams imiş. Ən maraqlısı isə odur ki, rəsmi sənədlərində və bioloji olaraq kişi olsa da, uzun illərdir ki, bütün qonşuları, dostları onu qadın kimi tanıyırmışlar. Qadın kimi geyinən və qadın həyat tərzi keçirən agent xüsusi xidmət orqanının tapşırıqlarını qadın cildində həyata keçirimiş.

Mİ6 isə təbii ki, agentin niyə qadın cildində yaşaması barədə hec bir rəsmi hec bir açıqlama vermir.

The Daily Mail nəşrinə isə jurnalist araşdırmaları zamanı o da məlum olub ki, Qaret Uilyams Britaniya xüsusi xidmət orqanlarının çirkli pulların yuyulması ilə mübarizə aparan bölümündə çalışırmış. Onun fəaliyyət istiqaməti isə keçmiş SSRİ respublikalarından çırklı korrupsiya pullarının avropaya daşınaraq leqallaşdırılmasına qarşı mübarizə aparmaq olub. İlkin versiyaya görə Qaret Uilyamsın öldürülməsinin səbəbi də, onun keçmiş SSRİ respublikalarının hansısa birindən çıxarılaraq Britaniyada leqallaşdırılan böyük korrupsiya pullarının izinə düşməsi olub.

İnterpress.az