60 səhifədən ibarət olan HRW hesabatınada, peyk üzərindən çəkilən görüntülər dəlil olaraq göstərildi. Hesabatda, İŞİD-in İraqın Səlahəddin şəhərinin mərkəzi olan Tikritdən geri çəkilməsindən sonra şəhərə girən Hizbullah və Esayib Əhli-i Haqq kimi şiə döyüşçülərinin 200 Sünni vətəndaşı qaçırdığı, 160 ının aqibətinin isə hələ də bilinmədiyi qeyd edildi.
İnsan Haqqları Təşkilatınin Orta Şərq və Şimali Afrika üzrə Direktor vəkili Joe Stork verdiyi açıqlamada, \”İraq hökuməti, Sünni vətəndaşların can və mal təhlükəsizliyinə qəst edən Şiə döyüşçüləri cəzalandırmalıdır\” dedi.
Hesabatda sözü gedən grupların hökumət tərəfindən maliyyələşdirildiyi, ancaq hökumətin bu güclərə nəzarət edə bilmədiyi ifadə edilir.
Səlahəddin şəhərinin Əl Dur qəsəbəsinin əvvəl İraq Ordusuna, sonra da şiə döyüşçülərinin əlinə keçməsindən sonra 60 ev və dükanın yandırıldığı da hesabatda yer alıb.
HRW-a açıqlama verən Əl Dur-dan bir nəfər, \”Əl Dur-u biz yandırdıq çünki sakinlər Baasçı və IŞİD-çiydi\” deyib.
Yenə hesabatda yer alan məlumatlara görə döyüşçülər, Tikritdə şüurlu olaraq min 400 ev və işyerini yağmalayıb.
Bundan başqa HRW ABŞ-ın, İran və digər ölkələrdən İraqa edilən silah yardımlarını nəzarətə götürüb, bu silahların vətəndaşlara qarşı istifadə edilib edilmədiyini müşahidə etməli olduğunu bildirdi.
İnterpress.az