Bu barədə AzNews.az-a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. O, qeyd edib ki, sentyabrın 23-də nəzərdə tutulan toplantıda bloka daxil olan partiyalar seçkidə iştirak edib-etməməsi məsələsi müzakirə oluna bilər: “Bloka daxil olan partiyalar bu məsələni bir dəfə müzakirə edib. Orada belə qərar verildi ki, məsələ bloka daxil olan ayrı-ayrı partiyalarda müzakirə olunsun. Partiyalarda müzakirə bitəndən sonra “Azadlıq-2015” məsələyə yenidən baxacaq”.
Q.Əlibəylinin fikrincə, sentyabrın 23-də planlaşdırılan iclasda blokun seçkidə iştirak edib-etməməsi ilə bağlı qərar qəbul oluna bilər. Sədr “Azadlıq-2015” daxil olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “mən sona kimi mübarizə aparacağam” fikrində də münasibət açıqlayıb. O, vurğulayıb ki, əgər blok seçkidə iştirakdan imtina edərsə, hər bir siyasi partiyanın ixtiyarı var ki, prosesə ayrılıqda qatılsın: “Bu, siyasi partiyaların özünün müstəqil qərarıdır. Ona heç kim irad tuta bilməz. Pənah bəy belə bir açıqlama ilə çıxış edibsə, bu o demək deyil ki, blok həmin qərarı qəbul edib”.
Məlumat üçün bildirək ki, “Azadlıq 2015” seçki blokunun bu ilki parlament seçkilərində iştirak etməkdən imtina ehtimalı var. Bloka daxil olan partiyalardan birinin Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn AzNews.az-a açıqlama verərək, blokun seçkiyə getməyəcəyi təqdirdə, müstəqil şəkildə seçkiyə qatılacağını bildirib.
İnterpress.az