YAP tərəfindən irəli sürülmüş hər bir namizədin Milli Məclisin üzvlüyünə namizədliyinin rəsmi qeydə alınması üçün Seçki Məcəlləsinin tələb etdiyi miqdarda imza toplanıb və müvafiq dairə seçki komissiyalarına təqdim edilib.
Bu günə kimi artıq onlardan 17 nəfəri DSK-lar tərəfindən Milli Məclis üzvlüyünə namizəd kimi rəsmi qeydə alınıb.
İmzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.
İnterpress.az