“O səs Azərbaycan”ın münsifləri bəlli oldubackend

“O səs Azərbaycan”ın münsifləri bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Tünzalə Ağayeva AzTV-nin efirində “Görmədən dinləmələr” turu zamanı öz komandalarını formalaşdıracaq. Bundan sonra münsiflər iştirakçıları finalla yanaşı, komandadaxili rəqabətə də hazırlayacaqlar. Müsabiqənin növbəti turunda iştirakçılar bir-biri ilə yarışacaq. Yekunda hər münsifin bir iştirakçısı qalacaq və onlar superfinalda üz-üzə gələcəklər. Bu 4 ifaçıdan isə yalnız biri “Ölkənin ən yaxşı səsi” titulunu qazanacaq və müsabiqənin əsas mükafatının sahibi olacaq. AzTV-də yayımlanacaq “Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayın ikinci yarısına planlaşdırılıb.

İnterpress.az