Təhsil Nazirliyindən dərsliklərdə vulqar sözlərin işlənməsinə münasibətbackend

Təhsil Nazirliyindən dərsliklərdə vulqar sözlərin işlənməsinə münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Təhsil Nazirliyinin Tədris Resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bu gün orta məktəblərin “Ana dili” dərslikləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Ə. Quliyev bildirib ki, 8-ci sinif “Ana dili” dərsliyində də buna bənzər və fərqli kontekstdə nitq məsələləri ilə bağlı fikirlər yer alıb: “Bəzi mütəxəssislər dərsliklərə ədəbiyyat müntəxəbatı kimi baxırlar. Biz yeni dərslikləri sovet vaxtı çap olunan dərsliklərlə müqayisə etməməliyik. Bəziləri elə bilir ki, həmin bu mətnlər təsadüf nəticəsində bura düşür. Bunu mütləq şəkildə bilmək lazımdır ki, bu mətnlər müəyyən olunmuş standartlara uyğun hazırlanır”.

Müdir müavini qeyd edib ki, dərsliklər Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və 4 ali məktəbin ekspertləri tərəfindən yoxlanılıb.

8-ci sinif “Ana dili” dərsliyinin həmmüəllifi Samirə Bektaşi isə mətbuat konfransında deyib ki, dərslik hazırlananda qabaqcıl ölkələrin metodikası öyrənilib: “Rusiyada 6-cı sinif “Ana dili” dərsliyində “Obşaqa”, “Tusovka”, “Juk”, “Taçka” kimi ifadələr öyrədilir. Bəs biz niyə Azərbaycanda bundan qaçmalıyıq?! Bizim 8-ci sinif “Ana dili” dərsliyində də bizim verdiyimiz “Dibil” və sair ifadələr şagird və yeniyetmələrin arasında çox işlənilir”.

S. Bektaşi bildirib ki, dərsliklər yazılmamışdan əvvəl standartlar öyrənilib: “Dərsliklər auditoriyanın səviyyəsi nəzərə alınaraq hazırlanıb. Uşaqların bugünkü danışığını ədəbi dillə müqayisə etdik. Mətnin sonunda da tövsiyə etmişik ki, ay uşaq, özün seç düzgün qaydanı. Mən düşünürəm ki, biz bu yolda şagirdlərə nitq fəaliyyətini və mədəniyyətini öyrətmək üçün düzgün yol seçmişik. Biz dilimizin saflığını qorumaq üçün bunu etmişik”.

İnterpress.az