İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə güclü sel gəlib, küçələr, evlər, iş yerləri, avtomobillər su altında qalıb. Sel avtomobilləri sürüyüb, onlarla insanın həyatına təhlükə yaranıb.
Təxminən 3 saat davam edən yağışlar nəticəsində insan itkisi olmasa da, evlərə, iş yerlərinə, avtomobillər, otellərə ciddi ziyan dəyib.
Bildirilir ki, sonuncu dəfə Bodrumda 1988-ci ildə belə güclü yağıntı qeydə alınıb.
İnterpress.az