İnterpress.az xəbər verir ki, Moskva şəhəri \”Sülh prospekti\” (Prospekt mira) ünvanında yerləşən və zaman – zaman yerli sakinlərin narazılığına səbəb olduğundan bağlanması barədə dəfələrlə məsələ qaldırılan tarixi məscid 10 illik bərpa və tikinti işlərindən sonra Avropa ölkələrindəki ən böyük məscid kimi bu gün yenidən açılır.
Açılış mərəsimində Rusiyanın 1-ci şəxslərinin, eləcə də, Türkiyə, Qazağıstan, Azərbaycan və digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Əvvəlki tarixi Məscidin yerində bərpa edilən və yeni inşa edilən tikililər nesabına sahəsi genişləndirilən Məscidin ümumi ərazisi 20 dafə artırılaraq 19 min kvadrat metrə çatdırılıb.
10 il davam edən tikinti və bərba işlərinə 170 milyon dollar xərclənib.
İnterpress.az